Sinqapur Prezidenti parlamentin buraxıldığını elan etdi

Sinqapur Prezidenti Tarman Şanmukaratnam ölkə parlamentinin buraxıldığını elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qanunverici orqanın fəaliyyətinin dayandırılmasından sonra ümumi seçkilər üç ay ərzində keçirilməlidir. Seçkilərin dəqiq tarixi yaxın günlərdə açıqlanacaq.
Prezident Şanmukaratnam "Facebook" paylaşımında belə yazıb:
"Aljunied GRC, Hougang SMC və Sengkang GRC dairələrinin bütün sakinlərinə bizə sizə xidmət etmək imkanı verdiyiniz üçün təşəkkür edirik. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hamınıza. Sizin parlamentdə sadiq müxalifətiniz olmaq mənim üçün şərəf idi".
Sinqapurun "The Straits Times" nəşrinin məlumatına görə, parlamentin buraxılması qərarı Prezident tərəfindən ölkənin Baş naziri Lourens Vongun tövsiyəsi ilə verilib.
Qeyd edək ki, parlament buraxıldıqdan sonra ümumi seçkilər üç ay ərzində keçirilməlidir. Namizədlərin irəli sürülməsi üçün tarix artıq müəyyən olunub - bu, 23 apreldir.
Qeyd olunan seçkilər Lourens Vongun həm Baş nazir, həm də hakim Xalq Fəaliyyəti Partiyasının (PAP) baş katibi kimi iştirak etdiyi ilk seçkilər olacaq.
Oxşar xəbərlər
Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralanıb
Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisə nəticədə 12 hərbçi yaralanı...
