Şimali Koreyadan qaçan şəxs Kim Çen Ina qarşı məhkəmə iddiası qaldırır
Şimali Koreyadan qaçaraq Cənubi Koreyaya sığınan Çoy Min-Kyon ölkəsinin lideri Kim Çen Ina qarşı insan hüquqlarının pozulması ilə bağlı Seul Mərkəzi Dairə Məhkəməsində məhkəmə iddiası qaldıracaq.
BAKU.WS xəbər verir ki, məlumatı Şimali Koreya İnsan Hüquqları Məlumat Mərkəzi (NKDB) yayıb. Bildirilir ki, Çoy 1997-ci ildə əvvəlcə Çinə qaçıb. 2008-ci ildə Şimali Koreyaya geri göndərildikdən sonra o, 5 ay müxtəlif təcridxanalarda saxlanılıb və burada zorakılığa məruz qalıb.
NKDB-nin açıqlamasında qeyd olunur ki, Çoy həm fiziki şiddətə, həm də cinsi zorakılığa məruz qalıb, düzgün qidalanmayıb və tibbi yardımdan məhrum edilib.
Onun Seul Mərkəzi Dairə Prokurorluğuna da şikayət ərizəsi təqdim edəcəyi bildirilir. Qurumun məlumatına görə, bu, Şimali Koreyada doğulmuş bir şəxsin öz ölkəsinin liderinə qarşı Cənubi Koreya məhkəməsində açdığı ilk işdir.
İddia Kim Çen Inla yanaşı, bəzi digər Şimali Koreya rəsmilərini də əhatə edir.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...