Şimali Koreya sərhədi pozulub: Cənubi Koreya kəşfiyyatında əməliyyat keçirildi
Şimali Koreyaya göndərildiyi iddia olunan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı araşdırma genişlənib. Cənubi Koreyada Müdafiə Kəşfiyyat Komandanlığı və Milli Kəşfiyyat Xidməti də daxil olmaqla 18 ünvanda reyd keçirilib, üç hərbçi və bir kəşfiyyat əməkdaşı istintaqa cəlb olunub.
BAKU.WS xəbər verir ki, Pxenyan yanvar ayında Kaeson yaxınlığında müşahidə PUA-sını vurduğunu açıqlayaraq, Seulu mühüm hədəflər barədə məlumat toplamaqda ittiham etmişdi. Seul əvvəlcə rəsmi əlaqəni təkzib etsə də, yaradılan birgə istintaq qrupu faktların hərtərəfli araşdırıldığını bildirib.
İş çərçivəsində sabiq prezident Yun Suk Yolun da təqsirləndirilən şəxs olduğu qeyd edilir. Prokurorluq onun Şimali Koreyaya qanunsuz PUA göndərilməsi və gərginliyin artırılması ilə bağlı göstəriş verdiyini iddia edir. Yun 2025-ci ilin aprelində vəzifəsindən uzaqlaşdırılıb, hökmün yaxın günlərdə açıqlanacağı gözlənilir.
Oxşar xəbərlər
Sankt-Peterburq sakinlərinə evdən çıxmamaqla bağlı çağırış edildi
Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi səbəbindən sakinlərə evdə qalmaq...