Şimali Koreya altı il sonra ilk beynəlxalq marafona ev sahibliyi edir
Şimali Koreya altı illik fasilədən sonra yenidən beynəlxalq marafona ev sahibliyi edib. Sonuncu dəfə 2019-cu ildə keçirilən Beynəlxalq Pxenyan Marafonu bu il yenidən təşkil olunub.
BAKU.WS xəbər verir ki, "Yonhap" agentliyinin Şimali Koreyaya istinadla yaydığı məlumata görə, paytaxt Pxenyanda keçirilən 31-ci marafona Çin, Rumıniya, Mərakeş, Efiopiya və Polşa da daxil olmaqla bir sıra ölkələrdən idmançılar qatılıb.
Bildirilib ki, marafon Şimali Koreyanın qurucusu Kim İr Senin xatirəsinə həsr olunub. Qeyd edək ki, tədbir 2020-ci ildə COVID-19 pandemiyası səbəbilə dayandırılmışdı.
Xatırladaq ki, bu ilin fevral ayının sonunda bir qrup əcnəbi turistin Şimali Koreyaya səfər etdiyi və onların, ötən il ölkəyə səfər edən rus turistlərdən sonra son beş il ərzində ölkəyə daxil olan ilk xarici turistlər olduğu bildirilib.
Oxşar xəbərlər
Hörmüz boğazı bağlı qalsa, dünya neft bazarını "fəlakətli" nəticələr gözləyə bilər
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər. BAKU.WS xəbər verir ki...