Şimali Koreya ABŞ şirkətlərinə qarşı genişmiqyaslı kiberhücum həyata keçirib
Şimali Koreya ilə əlaqəli hakerlərin minlərlə ABŞ şirkətinin istifadə etdiyi proqram təminatına sızaraq iri miqyaslı tədarük zənciri hücumu həyata keçirdiyi bildirilib.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin məlumatına görə, hücum çərçivəsində açıq mənbəli "Axios" proqramının inkişaf etdirici hesabı ələ keçirilib. Təxminən üç saat davam edən müdaxilə zamanı proqramı yükləyən qurumlara zərərli yeniləmələr göndərilib.
Google-a bağlı kibertəhlükəsizlik qurumu Mandiant hücumun arxasında Şimali Koreya mənşəli qrupun dayandığını açıqlayıb. Şirkətin texnologiya rəhbəri Çarles Carmakal bildirib ki, əldə edilən giriş imkanlarından əsasən kriptovalyuta oğurluğu üçün istifadə oluna bilər.
Araşdırmalara əsasən, artıq ən azı 12 şirkətə aid 135 cihazın hücumdan zərər gördüyü müəyyən edilib. Lakin ekspertlər real zərərin daha böyük ola biləcəyini və təsirlərin aradan qaldırılmasının aylarla davam edəcəyini qeyd edirlər.
Məlumata görə, Şimali Koreya üçün kiberhücumlar mühüm maliyyə mənbəyinə çevrilib. Beynəlxalq hesabatlarda bildirilir ki, bu ölkə ilə əlaqəli qruplar son illərdə banklar və kriptovalyuta platformalarından milyardlarla dollar vəsait ələ keçirib.
ABŞ rəsmilərinin açıqlamasına əsasən, ölkənin raket proqramının maliyyələşməsinin əhəmiyyətli hissəsi məhz bu cür rəqəmsal hücumlar hesabına təmin olunur. Ekspertlər hesab edir ki, Pyonyanq bu fəaliyyətləri gələcəkdə də davam etdirəcək.
Oxşar xəbərlər
İran yanacaq böhranı ilə mübarizədə Hindistana yardım edib
İran 2019-cu ilin mayından sonra ilk dəfə olaraq Hindistana 600 min barrel neft daşıyan tanker göndərib. BAKU.WS xəbər verir ki, bu addım ABŞ sanksiyalarından...