Siçan şəhərin yarısını işıqsız qoydu, uşaqlar "şeytan çarxı"nda qaldı

Buryatiya Respublikasının paytaxtı Ulan-Ude şəhərində siçan səbəbindən şəhərin bir hissəsi işıqsız qalıb və əyləncə parkında yerləşən nəhəng dönmə çarxının fəaliyyətinin dayanmasına səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Hadisə elektrik qurğusunun bölmə açarına siçanın daxil olması nəticəsində baş verən qısaqapanma ilə əlaqəlidir. Bu səbəbdən 12 saylı paylayıcı məntəqədə enerji təchizatı pozulub.
Fövqəladə hadisə yerinə elektrik mütəxəssisləri cəlb olunub və enerji təchizatı qısa müddətdə bərpa edilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda təxminən on nəfərin "şeytan çarxı"nı əl ilə fırladaraq içəridə qalan ziyarətçiləri xilas etməyə çalışdığı görünür.
Oxşar xəbərlər
Rusiyada məktəbli polis əməkdaşının maşınını yandırdı - ANBAAN VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində, Zaxaryevskaya küçəsində yerləşən müvəqqəti saxlama təcridxanasının yaxınlığında məktəbli polis əməkdaşına məxsus avtomobili...
