Seysmoloq Türkiyədəki 6.1 ballıq zəlzələnin əvvəldən proqnozunu verib

Türkiyəli seysmoloq və professor Şener Üşümezsoy ötən gün Balıkesirdə yaşanan 6.1 ballıq zəlzələnin əvvəldən proqnozunu verdiyi ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, o bu barədə bir ay əvvəl verilişlərdən birində bildirib.
Üşümezsoy 16 iyulda qatıldığı proqramda Türkiyə əhalisini İstanbul zəlzələsi yerinə, Balıkesir zəlzələsinə köklənməyə çağırıb.
O bildirib ki təbii fəlakətin Sarıköy qırılma xəttində olacağını qeyd edib.
Həmin vaxt seysmoloq Cənubi Mərmərədə də zəlzələ olacağını bildirib.
Qeyd edək ki, ötən gün Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.
Sındırğı bələdiyyə sədri Serkan Sakın hadisə ilə bağlı bildirib ki, rayonda 10 bina dağılıb, iki nəfərin isə dağıntılar altında qaldığı ehtimal olunur.
Qalereya
Oxşar xəbərlər
Meyve dietası ilə 20 kiloya düşən sosial media fenomeni həyatını itirdi
Polonyalı sosial media fenomeni Karolina Krzyzak uzun müddət yalnız çiğ meyvə ilə qidalanaraq 20 kiloya qədər düşdükdən sonra Balidə otel otağında vəfat edib. 2...
