Serbiya prezidentindən xəbərdarlıq: "Taktiki nüvə silahından istifadə olunacaq"
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, üçüncü dünya müharibəsi faktiki olaraq artıq başlamış sayılır, baxmayaraq ki, bu barədə rəsmi şəkildə danışılmır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri o, "Berliner Zeitung" nəşrinə müsahibəsində səsləndirib.
Serbiya lideri vurğulayıb ki, strateji resurslar - neft, qaz, minerallar və nadir metallar uğrunda mübarizə artıq fəal şəkildə aparılır. Onun sözlərinə görə, bir çox aktorlar vaxt qazanmağa çalışır və eyni zamanda daha genişmiqyaslı münaqişələrə hazırlaşırlar.
"Bununla əlaqədar, istisna etmirəm ki, bu cür münaqişələrdə nə vaxtsa taktiki nüvə silahından da istifadə oluna bilər", - deyə Vuçiç xəbərdarlıq edib.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...