SEPAH İsrailin növbəti F-16 qırıcısını vurub
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə məxsus daha bir F-16 qırıcısının vurulduğunu bəyan edib.
BAKU.WS SEPAH-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Bildirilir ki, qırıcı İran səmasında aviakosmik qüvvələrin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Açıqlamada qeyd olunub ki, bu, son həftələr ərzində vurulduğu iddia edilən sayca üçüncü F-16-dır.
SEPAH-ın məlumatına əsasən, müharibənin ilk üç həftəsi ərzində İsrailə məxsus 200-dən artıq uçuş aparatı – PUA, qanadlı raketlər, yanacaqdoldurma təyyarələri və müxtəlif tipli müasir qırıcılar zərərsizləşdirilib
Oxşar xəbərlər
Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb
Kanadanın Ontario əyalətinin dövlət qurumları xəritələrində Ontario gölünü "Amerika gölü" adı ilə göstərməyə başlayıblar. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...