SEPAH generalı Rusiyanı xəyanətdə ittiham etdi

SEPAH generalı Rusiyanı xəyanətdə ittiham etdi
Dünya 455

"İranın Bəşər Əsədlə münasibətləri Suriyanın İsrailə qarşı cəbhə açmaqdan imtina etməsi səbəbindən gərginləşib".

BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı yüksəkrütbəli komandirlərindən biri, briqada generalı Bəhruz Esbati deyib.

O, Bəşər Əsəd rejiminin süqutu ilə bağlı çıxışında Rusiyanı xəyanətdə günahlandırıb və bildirib ki, İran Suriyada dəhşətli məğlubiyyətə uğrayıb.

Esbati qeyd edib ki, İran rəhbərliyi və Suriyanın keçmiş prezidenti Əsəd arasında münasibətlər 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan sonra iranpərəst qrupların Suriya ərazisindən İsrailə qarşı cəbhə açmaq üçün çoxsaylı çağırışlarının rədd edilməsi səbəbindən son aylarda gərginləşib.

SEPAH generalı Rusiyanın rolu ilə bağlı deyib ki, Moskva İsrailin İran qüvvələrinin "Şəhid Sadiq" adlı kəşfiyyat qərargahını vura bilməsi üçün bütün radar sistemlərini söndürüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fransa bu ilin iyul ayında keçirilən danışıqlar zamanı Kiyev rejiminə vəd edilmiş raketlərin tədarükünü sürətləndirmək niyyətindədir. Həmçinin Ukrayna ərazisind...

10 Dünya 23:47 16 oktyabr 2026

Son xəbərlər