SEPAH Bəhreyn və BƏƏ-də sənaye obyektlərini hədəfə alıb

SEPAH Bəhreyn və BƏƏ-də sənaye obyektlərini hədəfə alıb
Dünya 10

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ərazilərində yerləşən sənaye müəssisələrinə zərbələr endirdiyini açıqlayıb.

Hücumlar ABŞ və İsraillə əlaqəli olduğu iddia edilən hərbi və aerokosmik sənaye obyektlərinə qarşı yönəlib.

BAKU.WS xəbər verir ki, bu barədə "Mehr" agentliyi SEPAH-ın rəsmi bəyanatına istinadla məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, "Emirates Aluminum" (EMAL) və "Aluminum Bahrain" (ALBA) müəssisələri hədəf alınıb. Bildirilir ki, EMAL zavodunun illik istehsal gücü təxminən 1,3 milyon ton təşkil edir. ALBA-nın isə Amerika kapitalı və səhmdarları ilə fəaliyyət göstərdiyi vurğulanıb.

Son xəbərlər