SAXAL: İran kəşfiyyatının iki yüksək vəzifəli nümayəndəsi öldürülüb
02
mar
2026
14:55
İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehrana endirilən dəqiq zərbələr nəticəsində İran kəşfiyyatının iki yüksək rütbəli nümayəndəsinin öldürüldüyünü açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Məlumata görə, İranın kəşfiyyat nazirinin "İsrail istiqaməti" üzrə müavini Seyid Yəhya Həmidi və qurumun kəşfiyyat idarəsinin rəhbəri Cəlal Fur Hüseyn zərbələr nəticəsində həyatını itirib.
İsrail tərəfi bildirir ki, sözügedən nazirlik ölkənin əsas kəşfiyyat orqanı funksiyasını yerinə yetirir.
Oxşar xəbərlər
İtaliya İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir barəsində istintaqa başlayıb
İtaliya prokurorluğu İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir barəsində istintaqa başlayıb. BAKU.WS xəbər verir ki, araşdırma Qəzzaya yardım aparan g...