SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib

SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib
Dünya 9

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənub hissəsində radikal HƏMAS qruplaşmasının hərbi qanadına mənsub bölük komandirini zərərsizləşdirib. Bildirilir ki, həmin şəxs "Xan-Yunis" briqadası daxilində təbliğat işlərini idarə edib və 2023-cü ilin 7 oktyabrında İsrailə edilən hücumun ardınca Fələstin anklavında israilli girovların saxlanmasında iştirak edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti bəyanat yayıb.

Məlumata görə, məhv edilən şəxs əvvəllər HƏMAS liderlərinin təhlükəsizliyini təmin etməyə cavabdeh olub.

"İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda Xan-Yunis rayonuna zərbə endirib və HƏMAS-ın bölük komandiri Ənəs Mahmud Əhməd Həmdanı məhv edib. Onun məhv edilməsi mühüm mərhələni qeyd edir, çünki HƏMAS-ın yüksək rütbəli liderlərinin təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamış terrorçu öldürülüb", - deyə bəyanatda bildirilir

Həmçinin bildirilir ki, uzun illər ərzində Həmdan HƏMAS-ın yüksək rütbəli komandirlərinin, o cümlədən hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyfin yaxın köməkçisi olub:

"Müharibə zamanı Həmdan HƏMAS tərəfindən israilli girovların əsirlikdə saxlanılmasında birbaşa iştirak edib və azad edilmə mərasimləri zamanı girovların videoya çəkilməsinə cavabdeh olub. Son zamanlar Həmdan HƏMAS terrorçularına təlim keçib və SAXAL hərbçilərinə və İsrail mülki əhalisinə qarşı terror hücumlarının hazırlanması üzərində çalışıb. O, Qəzza zolağında fəaliyyət göstərən İsrail qoşunları üçün təhlükə yaradırdı və yüksək dəqiqlikli aviazərbə nəticəsində məhv edilib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər