Saratovda partlayış nəticəsində yeddi nəfər ölüb
26
iyl
2025
12:15
Rusiyanın Saratov vilayətində mənzildə baş vermiş qaz partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.
BAKU.WS Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Xilasedicilər dağıntıların altından daha bir nəfərin meyitini aşkar ediblər. Hazırda ölənlərin ümumi sayı yeddi nəfərdir, onlardan biri uşaqdır", - məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...