Saratovda alkoqol satışı qaydaları sentyabrın 1-dən sərtləşdiriləcək
Rusiyanın Saratov vilayətində 2025-ci il sentyabrın 1-dən etibarən pərakəndə alkoqol satışına dair qaydalar sərtləşdiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə vilayət parlamentinin mətbuat xidməti məlumat yayıb.
Müvafiq qanun layihəsi vilayət dumasının növbəti iclasında deputatlar tərəfindən qəbul olunub və 1 sentyabr 2025-ci ildən qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, kütləvi tədbirlərdən iki saat əvvəl, tədbir zamanı və ondan sonra bir saat müddətində alkoqol satışı qadağan ediləcək.
Bundan əlavə, girişləri yaşayış binalarının blokları tərəfindən olan mağazalarda spirtli içkilərin satışı tamamilə qadağan ediləcək. Həmin mağazalarda həmçinin pivə, sidr və şərab kimi içkilərin qablaşdırılmış şəkildə satışı da mümkün olmayacaq.
Layihənin müəlliflərindən biri olan deputat İrina Kolesnikovanın sözlərinə görə, təklif olunan məhdudiyyətlər spirtli içki qəbulundan qaynaqlanan hüquq pozuntularının azalmasına və alkomarketlərin sayının azaldılmasına yönəlib.
Oxşar xəbərlər
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün şərtini açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçidlə bağlı diqqət çəkən açıqlama verib. BAKU.WS xəbərə verir ki, qurumun yaydığı bəyanatd...