Saratov hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
28
mar
2025
09:09
Saratov şəhərində yerləşən "Qagarin" hava limanında müvəqqəti olaraq təyyarələrin qəbulu və buraxılışı dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rosaviatsiyanın nümayəndəsi Artyom Korenyako məlumat verib.
"Bu gün səhər saatlarında Saratov (Qagarin) hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib", – deyə Korenyako "Telegram" kanalında bildirib. O qeyd edib ki, hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.
Məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi barədə əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...