Sankt-Peterburq - Antalya aviareysi təyyarədə yaranan texniki nasazlıq səbəbindən gecikib
Sankt-Peterburq - Antalya marşrutu üzrə noyabrın 4-nə keçən gecə həyata keçirilməli olan aviareys texniki səbəblərə görə 17 saatdan çox gecikib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Pulkovo hava limanının operatoru olan "Vozduşnıe vorota Severnoy Stoliçı" şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Noyabrın 4-də Moskva vaxtı ilə saat 01:25-də Sankt-Peterburqdan Antalyaya uçmalı olan A-Jet TK 3977 reysi texniki səbəblərə görə təxirə salınıb. Aviaşirkət sərnişinləri qida və digər xidmətlərlə təmin etmək üçün tədbirlər görür", - məlumatda bildirilib.
İlkin məlumatlara görə, təyyarə bu gün saat 19:00-da yola düşə bilər.
Oxşar xəbərlər
Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Kİ...