"Şakro Molodoy" Moskvanın bir nömrəli "qanuni oğrusu"nu statusdan saldı
Rusiyanın bir nömrəli "qanuni oğru"su sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov ictimai şəkildə gürcüəsilli kriminal avtoritet Badri Koquaşviliyə ("Badri Kutaisi") etimadsızlığını bildirib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu addım faktiki olaraq "Badri Kutaisi"nin Moskvada əsas qanun oğru olmaq statusundan kənarlaşdırılması deməkdir.
Qeyd olunur ki, iki kriminal avtoritet arasında qarşıdurma 2023-cü ilin yayında, "Şakro Molodoy"un həbsxanada cəza çəkdiyi zaman başlayıb. İddialara görə, "Badri Kutaisi" "Şakro Molodoy"un vaxtından əvvəl azadlığa buraxılmasına qəsdən mane olmağa çalışıb və bu, onların arasında münasibətləri soyudub.
Oxşar xəbərlər
Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı
Yaponiyada 65 yaş və yuxarı insanların sayı və onların ölkə əhalisindəki payı yeni rekord səviyyəyə yüksəlib. Eyni zamanda, işləyən yaşlı insanların sayı da i...