Şahzadə Diananın şəxsi şoferi 27 il sonra danışdı: "Mən olsaydım..."

Şahzadə Diananın şəxsi şoferi 27 il sonra danışdı: Mən olsaydım...
Dünya 518

Şahzadə Dianaya yaxın şəxslərdən biri 27 ildən sonra susqunluğunu pozub.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Şahzadə Dianaya yaxın şəxslərdən biri olan Stiv Deyvis açıqlama verib.

"Diana üçün güllə belə yeyərdim" deyən Stiv Deyvis "O gecə Parisdə maşını mən sürsəydim, Şahzadə bu gün də sağ olardı" ifadələrini işlədib.

Şahzadə Diananın 8 il sürücülüyünü etmiş və ölümcül qəzadan bir il əvvəl işinə son verilmiş Stiv Deyvis 27 ildən sonra danışıb.

61 yaşlı Deyvis, həmin dövrdə BBC müxbiri Martin Başirin onun haqqında yalan xəbərlər yaymasının ardından işini tərk etmək məcburiyyətində qaldığını qeyd edib.

BBC Deyvisin Diana ilə bağlı xəbərləri mətbuata sızdırdığını iddia etmişdi. Deyvis isə sonradan iddiaların yanlış olduğunu sübut edərək BBC-dən təzminat almışdı.

Qeyd edək ki, şahzadə Diana 31 avqust 1997-ci ildə Parisdə sevgilisi Dodi Fayed ilə olduğu avtomobildə keçirdiyi yol qəzasında dünyasını dəyişib.

Son xəbərlər