Şahbaz Şərif Mark Karnini Pakistana dəvət edib

Şahbaz Şərif Mark Karnini Pakistana dəvət edib
Dünya 70

Kanadanın Baş naziri Mark Karni bu gün axşam pakistanlı həmkarı Şahbaz Şərifə zəng edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Şərif "X" sosial şəbəkə hesabında bildirib.

"Mən ABŞ və İran arasında atəşkəsə və danışıqlara kömək göstərilməsində Pakistanın səylərinə Kanadanın verdiyi dəstəyə görə ona (Karniyə - red.) təşəkkür etdim", - o qeyd edib.

Şərif Pakistanın regionda sülh və sabitliyin təşviqinə sadiqliyini yenidən təsdiqləyib. Tərəflər həmçinin ticarət və kənd təsərrüfatı, yaşıl enerji, dağ-mədən sənayesi və mineral ehtiyatlara investisiyalar sahəsində Pakistan-Kanada əməkdaşlığını möhkəmləndirmək barədə razılığa gəliblər.

"Mən həmçinin baş nazir Karnini hər iki tərəf üçün münasib vaxtda Pakistana rəsmi səfərə dəvət etdim", - Şərif yekunlaşdırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fransa bu ilin iyul ayında keçirilən danışıqlar zamanı Kiyev rejiminə vəd edilmiş raketlərin tədarükünü sürətləndirmək niyyətindədir. Həmçinin Ukrayna ərazisind...

29 Dünya 23:47 16 oktyabr 2026

Son xəbərlər