Sabahın havası ilə bağlı VACİB MƏLUMAT

Sabahın havası ilə bağlı VACİB MƏLUMAT
Dünya 171

Alimlər Yer kürəsində yaxın sutka ərzində zəif və orta güclü maqnit qasırğalarının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş Astronomiyası laboratoriyasının Telegram kanalında məlumata vetilib.

Bildirilib ki, yaxın 24 saat üçün geomaqnit vəziyyət qeyri-sabit olacaq və zəif-orta səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır.

Məlumata görə, geomaqnit aktivliyin artmasına Günəş küləyinin sürətinin normadan yüksək olması səbəb olur.

Hazırda bu göstərici təxminən 500 km/s təşkil edir, halbuki adi hallarda 300–400 km/s arasında olur.

Astronomların məlumatına görə, martın 20-də başlayan maqnit qasırğası 2026-cı ilin yanvar ayının sonundan bəri qeydə alınan ən güclü hadisə olub. Martın 21-nə keçən gecə bu qasırğa G3 səviyyəsini də keçib.

Qeyd olunur ki, maqnit qasırğası Günəşdə baş verən güclü alışma və plazma atılması nəticəsində yaranıb.

Son xəbərlər