Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib
İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ölkənin demokratik idarəetmə sisteminə keçidini təmin etməyə və hakimiyyət dəyişikliyindən sonra azad seçkilər keçirməyə hazır olduğunu bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışıb.
Pəhləvi iddia edib ki, onun "qələbədən sonrakı gün həyata keçirilməli olan demokratiyaya keçid üçün aydın planı" var.
Bu planın əsasında dörd vacib prinsipin dayandığı bildirilib: İranın ərazi bütövlüyünün qorunması, dinin dövlətdən ayrılması, bütün vətəndaşların şəxsi azadlıqlarının və bərabərliyinin təmin edilməsi, həmçinin İran xalqının demokratik idarəetmə formasını müstəqil seçmək hüququ.
O vurğulayıb ki, keçid dövrü sülh, sabit və nizamlı şəkildə olmalıdır.
Oxşar xəbərlər
Avropa Parlamenti SEPAH-ın terror təşkilatı elan olunmasını tələb edir
Avropa Parlamenti İrana qarşı yeni sanksiyaların bir hissəsi olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini tələb edir. B...