Ruslar azərbaycanlı iş adamının obyektini darmadağın etdilər
Rusiya ordusunun dünən axşam gerçəkləşdirdiyi hava hücumları nəticəsində Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən azərbaycanlı iş adamı Şamil Quliyevə məxsus "Qulivar" ticarət mərkəzi darmadağın olub.
BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a Odessada yaşayan jurnalist-diaspor fəalı Anar Natiqoğlu məlumat verib.
O bildirib ki, rusların bombardmanı nəticəsində Şamil Quliyevə məxsus "Qulivar" ticarət mərkəzi tamamilə yanıb.
"Amma yanğın baş verən sırada yerləşən və minlərlə şəhər sakini, onminlərlə məcburi köçkünün ümid yeri olan "Dopomoqa" xeyriyyə fonduna məxsus binanın yanmasının qarşısı alınıb", - A.Natiqoğlu deyib.
Onun sözlərinə görə, "Dopomoqa" fonduna da Şamil Quliyev rəhbərlik edir.
Bu fond yerli sakinləri və ukraynalı məcburi köçkünləri geyim, ərzaq, gigiyena vasitələrilə təmin edir.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə daha bir sosial media fenomeni saxlanıldı
Türkiyədə məşhur şəxslərlə bağlı aparılan narkotik araşdırması çərçivəsində sosial mediada tanınan Şeyma Subaşı saxlanılıb. BAKU.WS xəbər verir ki, Şeyma Subaşı...