Rusiyanın Ukraynada sərnişin qatarını atəşə tutması nəticəsində bir nəfər ölüb
Ukraynanın Sumı vilayətinin Şostka şəhərinin dəmir yolu vağzalında Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurduğu qatarlardan birinin vaqonunda 71 yaşlı kişinin meyiti tapılıb.
BAKU.WS "Report"a istinadən verdiyi xəbərə görə, cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi - insan ölümü ilə nəticələnən hərbi cinayətlərin törədilməsi ilə tövsif edilib.
Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın vağzala hücumu nəticəsində üçü uşaq olmaqla, yeddi nəfərin yaralandığını bildirmişdi.
"Sərnişin avtomobillərindən biri yanıb. Yanğının söndürülməsi zamanı xilasedicilər dəfələrlə atəşə tutulub, lakin xoşbəxtlikdən xəsarət alan olmayıb. Təhlükəyə baxmayaraq, yanğın tamamilə söndürülüb", - Daxili İşlər Nazirliyinin "Telegram" kanalında yayılan məlumatda qeyd olunub.
Oxşar xəbərlər
İran ABŞ və İsrail obyektlərinə superağır raketlərlə zərbələr endirdi
İran ABŞ və İsrail obyektlərinə superağır raketlərlə zərbələr endirib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (...