Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 27-yə çatıb
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər həyatını itirib, daha 8 nəfər itkin düşmüş hesab olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları davam edir və dağıntılar altında qalan şəxslərin axtarışı aparılır.
Kiyev meri Vitali Kliçko hücumu Rusiyanın paytaxta indiyədək həyata keçirdiyi ən iri hücumlardan biri adlandırıb. O bildirib ki, hücum zamanı ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatlarından istifadə olunub.
Merin sözlərinə görə, şəhərin bütün rayonlarında dağıntılar qeydə alınıb. Ən ciddi ziyan isə çoxmərtəbəli yaşayış binasının qismən uçduğu Darnıtski rayonunda baş verib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, Rusiya gecə ərzində Ukraynaya 496 pilotsuz uçuş aparatı və 74 raketlə hücum edib. Bildirilib ki, əsas hədəf Kiyev olub. Hava hücumundan müdafiə qüvvələri 476 PUA-nı və 48 raketi zərərsizləşdirib.
Qalereya
Oxşar xəbərlər
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək
Amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-də yaşayan hər bir uşağa kosmik texnologiyalar şirkəti "SpaceX"in özünə məxsus səhmlərindən birini hədiyyə edəcəy...