Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə hücumu nəticəsində azərbaycanlılara məxsus "Orxan" restoranı da zərər çəkib.
BAKU.WS report-a istinadən xəbər verir ki, nəticədə Azərbaycan mədəniyyətini təbliğ edən restoran tamamilə yanıb.
Qeyd edək ki, Kiyevə Rusiyanın gecə saatlarında hücumu nəticəsində azı 19 nəfər xəsarət alıb.
Bu barədə mer Vitali Kliçko öz "Telegram" kanalında bildirib.
"Düşmənin Kiyevə gecə saatlarında hücumu nəticəsində paytaxtın 19 sakini xəsarət alıb. Beş nəfər ambulator yardım alır, 14 nəfər isə xəstəxanaya yerləşdirilib", - V.Kliçko yazıb.
Bildirilib ki, hücum nəticəsində dəmir yolu infrastrukturu zədələnib, bəzi rayonlarda düşən raket qalıqları yanğınlara səbəb olub.
Hadisə yerindən fotoreportajı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək
Amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-də yaşayan hər bir uşağa kosmik texnologiyalar şirkəti "SpaceX"in özünə məxsus səhmlərindən birini hədiyyə edəcəy...