Rusiyanın bu şəhərindən 1 gündə 53 miqrant deportasiya edildi
Rusiyanın Novosibirsk vilayətində bir gündə rekord sayda - 53 nəfər miqrantı deportasiya edib.
BAKU.WS xəbər verir ki, bu barədə Federal Məhkəmə İcraçıları Xidmətinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən qeyd ediblər ki, qanunu pozan şəxslər Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan gəlib.
Bir qayda olaraq, mühafizə orqanlarının əməkdaşları ölkədə qalma qaydalarını pozan əcnəbiləri Rusiya Federasiyasından xaric edirlər.
Agentliyin məlumatına görə, miqrantların əksəriyyətinin Rusiyada qalmaq hüququnu təsdiq edən sənədləri olmayıb.
Xatırladaq ki, bundan əvvəl Tatarıstanda 1500-dən çox qeyri-qanuni əcnəbini qanuniləşdirən evli cütlük saxlanılıb.
Oxşar xəbərlər
Rusiya XİN ABŞ-nin "Marinera" tankerinə qarşı addımını qanunsuz saydı
Rusiya Xarici İşlər Nazirliyi ABŞ Silahlı Qüvvələrinin yanvarın 7-də "Marinera" neft tankerinə qarşı həyata keçirdiyi əməliyyatla bağlı narahatlığını açıqlayıb....