Rusiyanın bir sıra hava limanlarının işi müvəqqəti dayanıb
Rusiyanın Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Rosaviasiyanın nümayəndəsi Artem Korenyako məlumat verib.
Bildirilib ki, Bakı vaxtı ilə saat 08:44-də təyyarələrin qəbulu və buraxılması məhdudlaşdırılıb.
"Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər - bu, əsas prioritetdir", - deyə məlumatda bildirilir.
Həmçinin fevralın 3-də Həştərxan və Volqoqrad hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...