Rusiyanın atdığı raket və dronların ABŞ və Avropa tərəfindən ötürüldüyü məlum olub
28
iyn
2025
09:00
Kiyevdə Ukraynaya qarşı Rusiya tərəfindən istifadə edilən, havada zərərsizləşdirilən yeni dron və raketlərin komponentləri nümayiş etdirilib.
Bu barədə "Report"un Şərqi Avropa bürosu xəbər verir.
Məlumata görə, bu komponentlərin, sanksiyalara baxmayaraq, ABŞ, bəzi qərbi Avropa, İran və Çin şirkətləri tərəfindən Rusiyaya ötürüldüyünün məlum olub.
Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən beynəlxalq konfransda bildirib ki, Rusiya raketlərində Fransa, Almaniya, ABŞ-nin sənaye məhsulları qeydə alınıb.
Qalereya
Oxşar xəbərlər
Şahzadə Harri təhlükəsizlik məsələsini yenidən qaldırır
Böyük Britaniya kral ailəsinin üzvü, Sasseks hersoqu Şahzadə Harrinin ölkəyə ailəsi ilə birlikdə daha tez-tez səfər edə bilmək üçün dövlət tərəfindən maliyyələş...