Rusiyanın 21 regionuna çəyirtkələr "hücum" edib

Rusiyanın 21 regionuna çəyirtkələr hücum edib
Dünya 161

Rusiyada anomal isti qış səbəbilə çəyirtkə "hücumu" gözlənilir. Bu təbii fəlakət 21 region üçün ciddi təhlükə yarada bilər.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Federal "Rosselxoztsentr" qurumu xəbərdarlıq edib.

Nazirlikdə keçirilən iclasda təqdim olunan hesabatda qeyd edilir ki, çəyirtkə "hücumu" xüsusilə Həştərxan, Volqoqrad, Orenburq, Samara, Saratov, Ulyanovsk, Çelyabinsk, İrkutsk və Novosibirsk vilayətlərində təhlükə yarada bilər. Həmçinin, Krasnodar, Stavropol və Altay diyarları, Çuvaşiya, Xakasiya, Saxa (Yakutiya), Kalmıkiya, Dağıstan, İnquşetiya, Çeçenistan, Başqırdıstan və Tatarıstan respublikaları da risk altındadır.

Rusiyanın 21 regionuna çəyirtkələr

Məlumata görə, bu il kənd təsərrüfatı sahələrində zərərvericilərlə mübarizə aparmaq üçün xüsusi tədbirlərin miqyası artırılıb. Xüsusilə Qazaxıstanla həmsərhəd bölgələrdə çəyirtkə ilə mübarizə üçün əlavə 100 min hektar əraziyə pestisid tətbiq olunacaq.

Qeyd edək ki, ötən il Krasnodar diyarında çəyirtkə hücumu kənd təsərrüfatına ciddi ziyan vurmuşdu. Mütəxəssislər vəziyyətin daha da gərginləşəcəyini istisna etmirlər.

Oxşar xəbərlər

Türkiyədə ən nəhəng uşaq doğuldu

Türkiyədə ən nəhəng uşaq doğuldu

Türkiyədə ən nəhəng və uzun boylu uşaq doğulub.  BAKU.WS xəbər verir ki, Bursada doğulan Ali Atilla 6 kiloqram 150 qramdır. Onun byun ölçüsü isə 59 santimetrdir...

171 Dünya 14:57 24 oktyabr 2025

Son xəbərlər