Rusiyalı aktyor idarə etdiyi Porsche-də polis maşını ilə toqquşdu

Rusiyalı aktyor idarə etdiyi Porsche-də polis maşını ilə toqquşdu
Video
Dünya 203

Rusiyanın Moskva yol-patrul xidmətinin əməkdaşları qayda pozan sürücünü təqib edərkən aktyor Denis Matrosovun sürdüyü "Porsche" ilə toqquşublar.

BAKU.WS xəbər verir ki, bu barədə "Shot" telegram kanalı məlumat yayıb.

Bildirilib ki, aktyor yaşıl işıqda hərəkət etsə də, yolda sirenaları və işıqları yanılı olan polis avtomobilinə yol verməyib. Yol hərəkəti qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərə belə hallarda üstünlük verilməlidir.

"Hadisə yerində həkimlər aktyora ilkin tibbi yardım göstəriblər. Denis ayağında problem olsa da, həyat yoldaşı ilə birlikdə polis avtobusuna minə bilib. Toqquşmadan sonra Porsche avtomobili səkiyə çıxıb. Xoşbəxtlikdən, həmin vaxt orada piyadalar olmayıb. Qəza nəticəsində avtomobil təxminən 25 metr sürüşüb", – deyə məlumatda bildirilir.

Hadisə Çerepovetskaya küçəsində baş verib. Aktyor və onun həyat yoldaşı "Porsche" markalı avtomobildə olarkən "Hyundai Solaris" markalı, sirenaları yanan polis maşını ilə toqquşublar. Qəza nəticəsində aktyorla yanaşı, bir polis əməkdaşı da xəsarət alıb.

Hadisə şahidləri qəzanın nəticələrini lentə alıblar. Görüntülərdə DYP avtomobilinin ön hissəsinin ciddi zədələndiyi görünür. Ərazidə təcili yardım maşını da olub. Sosial şəbəkələrdə yayılan şəkillərdə "Porsche" avtomobilinin qapısının və təkərlərinin zədələndiyi, yolda isə avtomobilin müxtəlif hissələrinin səpələndiyi əks olunub.

Oxşar xəbərlər

Uilyam Harrini bağışlamayacaq

Uilyam Harrini bağışlamayacaq

Kral ailəsindəki qalmaqal davam edir. Şahzadə Harri ilə Kral III Çarlz arasında danışıqlar artıq başlayıb, ata və oğulun keçmiş şikayətlərini dəfn edə biləcəklə...

113 Dünya 23:37 24 avqust 2025

Son xəbərlər