Rusiyada zavod yanır
16
may
2025
10:27
Başqırdıstanın Salavat şəhərində yerləşən "Sveça" parafin istehsalı zavodunda partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bildirilib ki, partlayışdan sonra zavodda yanğın başlayıb və binanın bir hissəsi dağılıb.
"Hazırda 50 kvadratmetr sahədə parafin yanır. İlkin hesablamalara görə, partlayış nəticəsində 4 nəfər yaralanıb. Hazırda onların vəziyyəti ilə bağlı məlumat yoxdur", - deyə mənbə qeyd edib.
Bundan başqa, daha bir nəfərin taleyi naməlum olaraq qalır. Onun dağıntılar altında qala biləcəyi ehtimal olunur.
Oxşar xəbərlər
İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil
İran zənginləşdirilmiş urandan imtina etməyəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "X"...