Rusiyada təyyarə sərnişinin ölümü səbəbindən məcburi eniş edib
Cənubi Saxalinsk - Novosibirsk marşrutu üzrə uçan S7 aviaşirkətinin təyyarəsi sərnişinlərdən birinin ölümü səbəbindən İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanında məcburi eniş edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"Cənubi Saxalinsk - Novosibirsk marşrutu üzrə uçan "Sibir" aviaşirkətinin 5258 saylı reysi Bratskda məcburi eniş edib. Sərnişinlərdən birinin vəziyyəti pisləşib və o vəfat edib", - deyə Nəqliyyat Prokurorluğundan bildirilib.
Qeyd edək ki, təyyarə saat 13:33-də (Bakı vaxtı ilə 10:33) Novosibirskə yola düşüb.
Oxşar xəbərlər
Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu
Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 2...