Rusiyada miqrantlar etiraz aksiyası keçirdi
Rusiyanın Stavropol şəhərinin mərkəzində Türkmənistandan olan miqrantlar etiraz aksiyası keçirib. Buna səbəb Şimali Qafqaz Federal Universitetindən bir neçə tələbənin xaric edilməsi olub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Məlumata görə, tələbələr rus dilini bilmədikləri üçün universitetdən xaric edilib. Onlara Kursk və ya Belqorod vilayətlərindəki universitetlərə köçürülməyi təklif ediblər.
Lakin bəzi tələbələr bu bölgələrə köçürülməyə razı olmayıb və təhsillərini Yessentukidə və ya Karaçayevskdə davam etdirmək istədiklərini bildiriblər.
Aksiyada təxminən 30-40 nəfərin iştirak etdiyi bildirilir. Polis 7 nəfəri saxlayaraq 10 sutka həbs edib.
Oxşar xəbərlər
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz"
Rusiya digər ölkələrdən fərqli olaraq, dünyadan yardım dilənməyəcək. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin IX çağırış D...