Rusiyada məşqçi 12 yaşlı qıza təcavüzdə ittiham olundu

Rusiyada məşqçi 12 yaşlı qıza təcavüzdə ittiham olundu
Dünya 145

Rusiyada 12 yaşlı fiqurlu konkisürənin anası məşqçinin qızına qarşı seksual təcavüz etdiyini bildirib.

BAKU.WS xəbər verir ki, Tatyana Antonova yerli mətbuata deyib ki, məşqçi Konstantin Medovikov məşqlər zamanı dəfələrlə 12 yaşlı qızı Darya Antonovaya qarşı seksual təcavüz edib.

"Köynəyinin altına girib, dodaqlarından öpüb, sinəsinə toxunub. Bir dəfə də sinəsini dişləyib", - deyə Antonova qeyd edib.

24-26 yanvar 2025-ci il tarixlərində keçirilən Ümumrusiya "Krasnoyarsk naxışları" yarışlarında Darya ikinci yeri tutub. Anasının sözlərinə görə, məşqçi uşağı özünə sıxaraq iki dəfə sinə nahiyəsinə toxunub. Bu an yarışın rəsmi yayımına düşüb.

Antonova əlavə edib ki, qızı məşqçinin qeyri-münasib davranışı barədə ona bir müddət sonra danışıb. O, dərhal qızını məktəb daxilində başqa bir mütəxəssisə aparıb.

Daha sonra qızın anası Novosibirsk vilayəti Fiqurlu Konkisürmə Federasiyasına məktub yazaraq, məşqçi tərəfindən idmançılara qarşı seksual təcavüz və kobud davranış halları barədə məlumat verib.

Antonovanın məktubundan sonra Medovikov məktəbdəki işini dayandırıb, lakin regional federasiyanın rəyasət heyətində qalıb. İdmançının anasının sözlərinə görə, bir müddət sonra ondan federasiyaya Daryanın keçidinin ləğv edilməsi və onun yenidən öz qrupuna qaytarılması tələbi ilə müraciət daxil olub.

İdmançının anası hüquq-mühafizə orqanlarına müraciət edib.

Son xəbərlər