Rusiyada məktəbli polis əməkdaşının maşınını yandırdı - ANBAAN VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində, Zaxaryevskaya küçəsində yerləşən müvəqqəti saxlama təcridxanasının yaxınlığında məktəbli polis əməkdaşına məxsus avtomobili yandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash na Moyke" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, səkkizinci sinif şagirdi istintaq təcridxanasına (SIZO) göndərilib. Hadisə ilə bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb.
İnsident iyunun 5-i axşam saatlarında baş verib. İstintaqın versiyasına əsasən, 15 yaşlı yeniyetmə bu cinayəti dələduz kuratorların göstərişi ilə törədib. Təqsirləndirilən şəxs isə öz günahını qəbul etmir.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...