Rusiyada əcnəbilərin əmək müqavilələrinin ləğvi asanlaşdırılır - Putin qərar imzaladı
Rusiya Prezidenti Vladimir Putin xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərlə əmək müqavilələrinin ləğvi üçün əsasların siyahısını genişləndirən qanun imzalayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi məlumat portalında dərc edilib.
Məlumata görə, siyahı işəgötürənin Rusiya Federasiyasının normativ hüquqi aktlarına uyğun qaydada xarici işçilərin sayını azaltmaq məcburiyyətində olduğu hallar daxil edilməklə genişləndirilib.
Qanun 1 mart 2026-cı ildə qüvvəyə minəcək.
Təşəbbüs "Yeni insanlar"" fraksiyasının nümayəndələri tərəfindən parlamentə təqdim edilmişdi.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...