Rusiyada Asiya ölkələrindən olan işçilərin sayı kəskin artıb

Rusiyada Asiya ölkələrindən olan işçilərin sayı kəskin artıb
Dünya 35

Hindistan, Şri-Lanka, Banqladeş və Myanmadan olan vətəndaşlar Rusiyaya işləmək üçün əvvəlki illərlə müqayisədə xeyli daha çox gəlməyə başlayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə "Vedomosti" nəşri FTX-nin Sərhəd Xidməti məlumat yayıb.

Bildirilir ki, rəqmlər bir il ərzində axın təxminən 1,5 dəfə artıb.

Əgər 2024-cü ildə bu dörd ölkənin payına "iş" məqsədilə təxminən 28,4 min səfər düşürdüsə, 2025-ci ildə bu rəqəm artıq 44,6 minə çatıb. Ən çox səfər Hindistan vətəndaşları tərəfindən edilib: göstərici 25,8 mindən 38 minə yüksəlib. Şri-Lanka üzrə artım da təxminən 1,5 dəfə olub - 1,19 mindən 1,8 minə qədər.

Ən nəzərəçarpan nisbi artım Myanma üzrə qeydə alınıb: 2024-cü ildə cəmi 18 işgüzar səfər olduğu halda, 2025-ci ildə bu rəqəm 230-dan çox olub. Banqladeş vətəndaşlarının səfərlərinin sayı isə demək olar ki, 3,5 dəfə artaraq təxminən 1,3 mindən 4,5 mindən yuxarı qalxıb.

Bu ölkələrin vətəndaşlarının Rusiyaya giriş üçün viza almaları tələb olunur. Onların işə cəlb edilməsi kvota mexanizmi vasitəsilə həyata keçirilir. Xarici işçilər konkret işəgötürənlərin tələbi əsasında gəlir və icazə uzadıldığı halda ölkədə üç ilədək qala bilirlər.

Son xəbərlər