Rusiyada 200 uçuş təxirə salındı - SƏBƏB
Rusiyada 5 may tarixində 200 uçuş təxirə salınıb və ya ləğv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Dron hücumları səbəbindən Moskvanın Vnukovo hava limanında 56 reys təxirə salınıb, daha 10-u ləğv edilib.
Şeremetyevoda 61 reys təxirə salınıb və 28-i həmin gün yola düşə bilməyib.
Domodedovoda 21 reys gəliş və uçuş üçün təxirə salınıb və bir neçə reys Sankt-Peterburq , Saratov və Ulyanovskdakı alternativ aerodromlara yönləndirilib.
Hazırda isə Moskva hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb.
Daha əvvəl bildirilmişdi ki, hava hücumundan müdafiə qüvvələri Moskvada Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd pilotsuz təyyarə hücumunu dəf edib.
Tələfat barədə məlumat verilməyib.
Bundan sonra Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Oxşar xəbərlər
ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Yunanıstan və Panamada ofisləri olan "Karnakis and Karnakis" hüquq şirkətinə İran məhsullarının beynəlxalq bazarlara tədarükünə kömək ehti...