Rusiya və Ukrayna atəşkəs üçün şərtlərin siyahısını mübadilə edəcək
Rusiya atəşkəs üçün şərtlərin siyahısını hazırlayıb Ukraynaya təhvil verəcək.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Həqiqətən də, atəşkəs üçün şərtlərin siyahılarını mübadilə etməyə razılaşdıq. İş davam edir, görülür, Rusiya tərəfi belə bir siyahı hazırlayıb təhvil verəcək, Ukrayna tərəfi ilə mübadilə aparacaq", - o deyib.
Xatırladaq ki, mayın 16-da İstanbulda Moskva və Kiyev nümayəndələri arasında üç ildə ilk birbaşa danışıqlar baş tutub. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə ölkənin müdafiə naziri Rustem Umerov başçılıq edib. Bundan başqa, görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan da iştirak edib.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...