Rusiya səmasında gecə saatlarında 90-dan çox Ukrayna dronu məhv edilib
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri ötən gecə Rusiya üzərində 96 Ukrayna mənşəli pilotsuz uçuş aparatını (PUA) vurub.
BAKU.WS nazirliyin məlumatına istinadən xəbər verir ki, ən çox dron Bryansk vilayətində (31 ədəd) məhv edilib. Bundan əlavə, 16 dron Belqorod, 11-i Kursk, 9-u Tula, 8-i Orlov, 6-sı Moskva vilayətində, 5-i Kalujsk, 4-ü İvanovo, hər birində 2 olmaqla Ryazan və Vladimir vilayətlərində, 1-i isə Yaroslavl vilayəti və Tatarıstan Respublikasında vurulub.
Müdafiə Nazirliyi əlavə edib ki, 25 may saat 10:00-dan 26 may saat 08:00-dək ümumilikdə Rusiya ərazisində 148 ədəd təyyarə tipli Ukrayna dronu məhv edilib.
Qeyd edək ki, Ukrayna dronlarının Rusiya ərazisinə hücumları 2022-ci ildən, xüsusi hərbi əməliyyatların başlanmasından sonra intensivləşib. Kiyev bu hücumlara rəsmi olaraq məsuliyyət götürməsə də, 2023-cü ilin avqustunda Ukrayna prezidentinin ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan etmişdi ki, Rusiyaya qarşı PUA hücumlarının sayı artacaq.
Xatırladaq ki, daha əvvəl Rusiyada dron hücumları zamanı dua etməyə çağırış olunmuşdu.
Oxşar xəbərlər
Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb
Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ölkənin Bazara Nəzarət üzrə Tə...