Rusiya LGBT təbliğatına görə Discord-u yüksək miqdarda cərimələdi
8 iyul və 11 iyul 2024-cü il tarixlərində Rusiyada "Discord" sosial platformasının monitorinqi zamanı "Roskomnadzor" (Rusiyanın kommunikasiyalara nəzarət orqanı) qeyri-qanuni məlumatlara girişinin məhdudlaşdırılmaması faktlarını qeydə alıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, Taqanski məhkəməsi LGBT-nin onlayn təbliğatı ilə bağlı iki epizoda görə "Discord" messencerini 3,5 milyon rubl (təxminən 61 min 600 AZN)) cərimələyib.
Monitorinq zamanı qeyri-ənənəvi cinsi əlaqəni, pedofiliyanı və genderi təbliğ edən qeyri-qanuni məlumatlara girişin məhdudlaşdırılmaması faktları qeydə alınıb.
Qeyd edək ki, 2021-ci ilin fevralında Rusiya sosial platformaların avtomoderasiyası haqqında qanun qəbul edib ki, bu da belə platformaları özbaşına qeyri-qanuni məzmunu aşkar edib bloklamağa imkan verir.
Oxşar xəbərlər
Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb
PSJ-nin baş məşqçisi Luis Enrikenin qızı Sira Martines ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində iştirak edən avtomobildə olub. BAKU.WS xəbər verir ki, bu ba...