Rusiya əmək miqrantları ilə bağlı qanunları sərtləşdirdi
Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarına tətbiq olunan tələbləri daha da sərtləşdirən yeni qanunlar paketini imzalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Yeni qaydalara əsasən, əmək miqrantları həm özlərinin, həm də himayələrində olan ailə üzvlərinin dolanışığını regional əmsal nəzərə alınmaqla müəyyən edilən yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etdiklərini sübut etməlidirlər.
Bunun üçün miqrantlardan Rusiya Daxili İşlər Nazirliyinə gəlirləri təsdiq edən arayış, vergi bəyannaməsinin surəti və ya fiziki şəxslərin gəlir vergisinin ödənildiyini təsdiqləyən sənədlər təqdim etmələri tələb olunacaq.
Qanunvericiliyə edilən dəyişikliklərlə müvəqqəti yaşamaq və yaşayış icazəsinin ləğv olunmasına əsas verən halların siyahısı da genişləndirilib.
Bundan başqa, əmək miqrantlarının uşaqları Rusiyada yalnız valideynlərinin iş icazəsi qüvvədə olduğu müddətdə qala biləcəklər. Bunun üçün miqrant həm özü, həm də hər bir övladı üzrə fiziki şəxslərin gəlir vergisi üçün müəyyən edilmiş sabit avans ödənişini həyata keçirməlidir.
Yeni qanuna əsasən, miqrantların 18 yaşına çatan övladları 30 gün ərzində ya Rusiyanı tərk etməli, ya da həmin müddət ərzində əmək fəaliyyəti üçün patent almaq məqsədilə müraciət etməlidirlər.
Oxşar xəbərlər
Türkiyədə ət emalı müəssisəsində kütləvi zəhərlənmə: Onlarla işçi xəstəxanaya aparıldı
Türkiyənin Bolu vilayətində fəaliyyət göstərən ət emalı müəssisəsində baş verən zəhərlənmə nəticəsində onlarla işçi xəstəxanaya yerləşdirilib. BAKU.WS xəbər ver...