Rusiya Çinə neft ixracını azaldıb

2025-ci ilin ilk dörd ayında Rusiya Çin Xalq Respublikasına neft tədarükünü 14,2% azaldıb.
Bu barədə "Vedomosti" qəzeti Çin Baş Gömrük İdarəsinə istinadla xəbər yayıb.
Məlumata görə, bu dövrdə Çinə 17,08 milyard dollar dəyərində 32,38 milyon ton neft satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 23,9% azdır.
Həcm azalmalarına baxmayaraq, Rusiya Çinə neft tədarük edən ölkələr arasında lider mövqeyini qoruyub. İkinci yerdə ixracını 48,3% artıraraq 26,29 milyon tona çatdıran Malayziya qərarlaşıb. İlk üçlüyü isə 25,63 milyon tonla (ötən illə müqayisədə təxminən 1,9% az) Səudiyyə Ərəbistanı tamamlayır.
2024-cü ildə Çin ümumi neft idxalını 1,9% azaldaraq 553,41 milyon tona endirmişdi, lakin Rusiyadan idxalı 1,3% artıraraq 108,47 milyon tona çatdırmışdı.
Oxşar xəbərlər
Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçib
Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanı üzərindən xarici ölkəyə uçub, sentyabrın 6-na keçən gecə isə geri dön...
