Rus rəqqas İslamı qəbul etdi
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan 34 yaşlı rəqs müəllimi Sergey Mixael neydə (qamışdan düzəldilən, nəfəslə çalınan musiqi aləti) ifa olunan musiqidən təsirlənərək İslamı qəbul edib.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, o, dinlədiyi ney səsindən sonra sufi musiqisinə maraq göstərib. Rəqqas araşdırmalar zamanı Mövlana Cəlaləddin Ruminin "Məsnəvi" əsərini oxuyub və İslama yönəlib.
Sergey daha sonra Konyaya səfər edib. O, İrfan Mədəniyyəti Araşdırma və Mədəniyyət Mərkəzini ziyarət edib, müxtəlif sənət növləri ilə tanış olub.
Qərarı ilə bağlı danışan Sergey bildirib ki, yaxın ətrafı onu anlayışla qarşılayıb. O, Qurani-Kərimin tərcüməsini oxuduğunu və dini biliklərini artırmağa çalışdığını deyib.
Qeyd edək ki, Sergey dekabr ayında Konya şəhərində keçiriləcək Şəb-i Arus mərasimlərinə qatılmağı planlaşdırır.
Oxşar xəbərlər
Hörmüz boğazı bağlı qalsa, dünya neft bazarını "fəlakətli" nəticələr gözləyə bilər
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər. BAKU.WS xəbər verir ki...