Rubio və Uitkoff Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff Dohada bildirib ki, o və Dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün mayın 16-da İstanbula gedəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Xatırladaq ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 2022-ci ildə onların kəsdikləri birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Dialoqun mayın 15-də İstanbulda başlaması təklif edilir. Öz növbəsində Ukrayna lideri Volodimir Zelenski mayın 15-də İstanbula getmək niyyətində olduğunu açıqlayıb.
Oxşar xəbərlər
İran yığması İtaliyadakı Paralimpiya Oyunlarında iştirakdan imtina edib
İran yığması ABŞ və İsrailin zərbələri fonunda İtaliyadakı Paralimpiya Oyunlarında iştirakdan imtina edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, BPK həmçin...