Rəsmi Tehran Çinə dəstəyinə görə təşəkkür edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, onlar 25 illik əməkdaşlıq sazişi çərçivəsində iki ölkə arasındakı hərtərəfli münasibətlərdən məmnunluqlarını ifadə edərək ölkə liderlərinin qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri gücləndirmək və genişləndirmək əzmini vurğulayıblar.
A.Əraqçi İrandakı etirazlar barədə də məlumat verib:
"Dinc aksiyalara terror elementlərinin daxil olması etirazların zorakı hal almasına gətirib çıxarıb" , - İran XİN başçısı bildirib.
O, Çinin İranın daxili işlərinə xarici müdaxiləyə etiraz etdiyinə görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
ABŞ-nin İranın Hörmüz boğazındakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 100-dən çox insan yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir...