Quş qripi qayıdır? - Bu ölkədə epidemiyadır
Çexiyanın mərkəzindəki Prşibram şəhəri yaxınlığındakı Martiniçe kəndində quş qripi epidemiyası qeydə alınıb.
"Report"un məlumatına görə, bu barədə " IrozhlasCо" portalı respublikanın kənd təsərrüfatı naziri Marek Vıbornıya istinadən xəbər yayıb.
Qeyd edilir ki, Martiniçedəki quşçuluq fermasında toyuqlarda və ev qazlarında quş qripi aşkarlanıb. Baytarlar quşları orada kəsmək qərarına gəliblər. Söhbət 700 ev qazından və 300 toyuqdan gedir.
Hakimiyyət orqanları quş qripinin yayılmasının qarşısını almaq üçün tədbirlər görür. Bu arada, mütəxəssislərin fikrincə, onun insanlara keçmə riski çox aşağı qiymətləndirilir.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...