Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi - Temperatur 44 dərəcəyə çatacaq
Türkiyə əhalisinə iyulun ilk həftəsində havaların isti keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Ümumi Müdirliyi məlumat yayıb.
Bildirilib ki, xüsusilə qərb və daxili ərazilərdə termometrlər rekord həddi göstərəcək. Aydında istilik 44 dərəcə, Ədirnə və Muğlada 40, Antalyada 40, İzmirdə 39, Ankara və Konyada 36, İstanbulda 34 dərəcə olacaq.
"Bu yüksək temperatur xüsusilə xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar üçün sağlamlıq riski yarada bilər, ona görə də ehtiyatlı olmaq lazımdır", - məlumatda qeyd olunub.
Bundan başqa, Şərqi Qara dəniz bölgəsi üçün "narıncı" kodlu yağış xəbərdarlığı edilib.
Oxşar xəbərlər
"İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı
Türkiyənin "Haber Global" televiziya kanalı İstanbul Aydın Universitetində keçirilən 18-ci "Kommunikasiya Mükafatları" mərasimində iki nominasiya üzrə qalib olu...