Qlobal gərginlik fonunda Makrondan sərt addım: Nüvə silahları artırılır
Fransa Prezidenti Emmanuel Makron ölkənin nüvə arsenalındakı döyüş başlıqlarının sayının artırılacağını bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Fransa lideri bu barədə nüvə silahından çəkindirmə siyasəti ilə bağlı müraciətində bildirib.
Makron vurğulayıb ki, təhlükəli və sürətlə dəyişən geosiyasi mühitdə Fransa özünün "zəmanətli dağıdıcı gücünü" mütləq qoruyub saxlamalıdır.
"Mən arsenalımızdakı nüvə döyüş başlıqlarının sayının artırılması barədə göstəriş vermişəm. Hər hansı spekulyasiyanın qarşısını almaq üçün isə bundan sonra nüvə arsenalımızın dəqiq həcmi ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanmayacaq. Qeyd edim ki, əvvəllər bu cür məlumatlar mütəmadi olaraq paylaşılırdı", - deyə E.Makron qeyd edib.
Qeyd edək ki, Fransa dünyada rəsmi olaraq nüvə silahına malik olan azsaylı ölkələrdən biri və Avropa İttifaqında bu statusu daşıyan yeganə dövlətdir.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...